VAKANSİYA

03 May

Daxili auditor - VAKANSİYA

"Zeytun Pharmaceuticals" "Daxili Auditor" vakansiyası elan edir.

Fins.az xəbər verir ki, “Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır.

Əsas vəzifə öhdəlikləri:

  • Audit yoxlamasının əhatə dairəsini və yekun planın hazırlanmasında iştirak;
  • Yoxlanılacaq sahə üzrə müvafiq sənədləri nəzərdən keçirmək, daxili qayda və prosedurlara uyğun formada hazırlanmasını yoxlamaq;
  • Müəyyən edilmiş standartlara uyğun olaraq və büdcədə nəzərdə tutulmuş müddətlərdə audit yoxlamalarını və digər tapşırıqları yerinə yetirmək;
  • Məhdud nəzarət altında audit prosedurlarını yerinə yetirmək, prosesləri sənədləşdirmək;
  • Cari audit prosedurlarını qiymətləndirmək, lazım gəldikdə dəyişikliklər təklif etmək və prosedurları təkmilləşdirmək;
  • Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Maliyyə, mühasibatlıq sahəsi üzrə ali təhsil
  • Audit, risklərin idarə edilməsi, maliyyə və mühasibatlıq sahələri üzrə 2-5 il iş təcrübəsi
  • Kompüter biliyi (Word, Excel, Power Point)
  • Mükəmməl Azərbaycan dili, yaxşı rus və ingilis dil bilikləri
  • Kollektiv ilə ünsiyyət bacarığı və komanda şəklində iş bacarığına malik olmaq;
  • Detallara və xırdalıqlara diqqət;
  • Nəticəyə istiqamətlənmə / fokuslanma;
  • Güclü analitik bacarıqlar;
  • Yüksək səviyyədə yazılı / şifahi ünsiyyət və münasibətlərin qurulması bacarığı;
  • Eyni zamanda bir neçə göstərişləri həyata keçirmə bacarığı (multitasking);
  • Stressin idarə edilməsi bacarığı;
  • Müstəqil olaraq, rəhbərin birbaşa nəzarəti olmadan, qarşıya qoyulmuş göstərişləri vaxtı-vaxtında tamamlamaq bacarığı;
  • Tez öyrənmə və uyğunlaşma bacarığı;
  • İş ilə bağlı səyahət etmək imkanı                     

Arzuolunandır:

  • Beynəlxalq Peşəkar Təcrübələr Çərçivəsi və Etik Məcəllə haqda kifayət qədər biliklər və anlayışlara malik olmaq;
  • Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər
  • Səhiyyə və ya dərman sənayesi şirkətlərində iş təcrübəsi         

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Təlim və inkişaf xərcləri şirkət tərəfindən qarşılanır
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunma;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.