"Xalq Bank" "Kredit şöbəsinin mütəxəssisi" (Siyəzən) vakansiya elan edir.
Fins.az xəbər verir ki, 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.
Təsvir:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
Müraciət üçün linkə keçid edin!