"Xalq Bank" "Kredit məhsulu və biznes proseslərin təhlili şöbəsinin mütəxəssisi" üzrə vakansiya elan edir
Fins.az xəbər verir ki, 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.
İşin təsviri:
-
Yeni kredit məhsullarının yaradılmasına və mövcud kredit məhsullarının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;
-
Yeni kredit məhsullarının yaradılması məqsədilə təkliflər hazırlanan zaman onların Bankın biznes tələblərinə uyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırmalar aparmaq;
-
Bankın digər struktur bölmələri ilə birgə yeni kredit məhsullarının tətbiqini və kredit məhsulları üzrə biznes proseslərin optimallaşdırılmasını təşkil etmək;
-
Kredit fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Bankın mövcud kredit məhsullarının satış aktivliyini və rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
-
Kredit məhsullarının inkişaf etdirilməsi məqsədilə rəqabət qabiliyyətliliyini itirmiş kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və ya onların ləğv olunması barədə təkliflər vermək;
-
Bankın kredit fəaliyyəti üzrə biznes proseslərin avtomatlaşdırılmasına və Bankın proqram təminatının optimallaşdırılmasına dair texniki tapşırıqlar hazırlamaq;
-
Mövcud kredit məhsullarının satışının həyata keçirilməsi istiqamətində, o cümlədən, yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının qorunması məqsədilə görülən tədbirlərdə iştirak etmək;
-
Bankın kredit fəaliyyətini tənzimləyən, o cümlədən kredit məhsullarının şərtlərini müəyyən edən normativ aktlar aktuallığına nəzarət etmək və zərurət yarandığı təqdirdə onların hazırlanmasında və ya dəyişdirilməsində iştirak etmək;
-
İdarə və şöbə rəisinin şöbənin fəaliyyət istiqamətlərinə aid olan sahələr üzrə verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər:
-
İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
-
Analoji sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
-
Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
-
Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
-
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
-
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
-
İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları bilməli;
-
Yüksək qavrama və öyrənmə qabiliyyəti;
-
Azərbaycan dili - mükəmməl, xarici dillərin (Rus dili və İngilis dili) qənaətbəxş səviyyədə olması.
Müraciət üçün linkə keçid edin!