“Bakı Metropoliteni” QSC mühasib vəzifəsinə vakansiya elan edir
Fins.az xəbər verir ki, tələblər aşağıdakı kimidir:
- Bank əməliyyatları üzrə təcrübə (azı 3 il), (müvafiq əməliyyatlar üzrə ikili yazılışları sərbəst bilməli)
- Pul vəsaitləri haqqında hesabatı hazırlamağı bacarmalı (MHBS üzrə və internal məqsədlər üçün)
- PMS və ya ACCA (F3 və ya F7) sertifikatlardan birinə malik üstünlük veriləcək.
- Dövlət portallarında (xəzinədarlıq, gömrük, vergilər və s.) və internet bankçılıq üzrə sərbəst işləmə bacarığı
Elektron ərizələri “metro.gov.az” saytının “Karyera” bölməsi vasitəsilə (//metro.gov.az/az/page/karyera/elektron-erize) doldurulmalıdır.
Ərizələr yalnız 2024-cü il aprel ayının 26-dan qəbul edilir.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına “Mühasib” mütləq qaydada qeyd olunmalıdır.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl göndərilən, eləcə də sadalanan peşə və ya vəzifənin adı ilə bağlı qeyd olmayan ərizələr CV bankına daxil olmur.