VAKANSİYA

23 Aprel

Qrafik-dizayn üzrə baş mütəxəssis - VAKANSİYA

"Bonamed" şirkəti qrafik-dizayn üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş haqqında məlumat:

  • Şirkətin strateji məqsədlərinə cavab verən və biznes fəaliyyətini təkmilləşdirməsinə yönələn reklam və digər təşviq fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsi;
  • Şirkət əməkdaşları tərəfindən hazırlanmış bütün vizual materiallara nəzarət edilməsi və onların brend üzrə tələblərə uyğun olmasının təmin edilməsi;
  • Statik və “motion” qrafik sosial media postlarının hazırlanması;
  • Çap materiallarının vizuallaşdırılması və çapa hazırlığının təmin edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil üstünlükdür;
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Kreativ düşüncə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Layihələri idarə etmək bacarığı;
  • Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, Adobe Premiere ,Blender, Figma proqramları ilə işləmək bacarığı.

Şərtlər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
  • İş rejimi: 09:00-dan 18:00-dək;  (Şənbə günü yarım iş günü);
  • Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
  • Bütün avadanlıqlarla təminat;
  • Əmək haqqı 1000 AZN + bonus (KPİ bonus).

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində  mütləq “Qrafik Dizayn üzrə Baş mütəxəssis” qeyd etmələri xahiş olunur.