"Unitrade Group MMC" şirkəti brend üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Öhdəliklər:
- Sifarişlərin planlanması;
- Satış və alış proqnozların verilməsi;
- Promo aksiyaların yaradılması;
- Tədarükçülərə müəyyən olunmuş hesabatların hazırlanması və təqdim edilməsi;
- Təsdiq olunan sifarişlərin daşınmasının təşkili;
- Stok nəzarəti;
- Sifarişlərin sistemə işlənməsi;
- Daxili sistemdə digər əməliyyatların aparılması.
Namizəddən tələblər:
- Biznes/Marketinq/Kommersiya və Logistika sahələrindən biri üzrə ali təhsil;
- Siafarişlərin planlaşdırılması, beynəlxalq daşınmalar, marketinq sahələrində 1-2 il iş təcrübəsi
- Distribusiya sahəsində təcrübə mütləqdir.
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı; Mikro proqram tətbiqinin bilməsi üstünlükdür.
- Azərbaycan, Rus və İngilis dillərini yaxşı bilməsi mütləqdir
- Şifahi nitq qabiliyyətinə malik olmalı;
- Analiz və təhlil bacarığı;
- Komandada işləmə bacarığı. - məsuliyyət - dəqiqlik;
Əmək haqqı: Müsahibə əsasında
5 günlük iş qrafiki 09.00-18.00.
İş yeri: Koroğlu m., “Anbarım”
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Brend üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını mail ünvanına ([email protected]) göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.