"Deluks Kamin" şirkəti memar vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblər:
- İnşaat mühəndisliyi və memarlıq fakültəsini bitirib,
- Türkiyə və ya Avropada təhsili olanlara üstünlük verilir,
- 25-40 yaş arası bəy/xanım,
- Yerli/beynəlxalq tikinti dekorasiyası sahəsində ən azı 5 il iş təcrübəsi,
- AutoCad və 3dmax proqramlarını yaxşı bilmək,
- Müsahibələr, görüşlər keçirmək və hesabatlar hazırlaya bilmək üçün ingilis, rus və türk dillərini mükəmməl bilməli,
- Analitik düşünmə, güclü vaxt idarəetmə və planlaşdırma bacarığı,
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları,
- Müştəri məmnuniyyətini ön planda tutan namizədlər qiymətləndiriləcək.
İşin təsviri:
- Hazırlanmış istehsal, montaj və çatdırılma planlarının, layihələndirilmiş və elan edilmiş texniki proses ssenarilərinin həyata keçirilməsi, inkişafı, əlaqələndirilməsi və nəzarəti.
- Marketinq və texniki departamentlər tərəfindən görülən işləri izləyərək şirkətin texniki siyasət və təcrübələrini yeniləmək.
- Texniki kadrların hazırlanması üçün şirkətin ümumi siyasətlərinə uyğun olaraq təcrübələrin aparılması, bütün lazımi plan və proqramların hazırlanması, həyata keçirilməsi və onlara nəzarət edilməsi.
- Müəyyən edilmiş hədəflərə çatmaq üçün texniki şöbənin işçiləri üçün bütün lazımi əməliyyatları koordinasiyalı şəkildə həyata keçirmək.
- Satış öncəsi dizayn və layihə, istehsal mərhələləri, montaj və çatdırılma tamamlandıqdan sonra iş və əməliyyatları yerinə yetirmək üçün müvafiq departamentlərlə koordinasiyada çalışaraq müştəri məmnuniyyətini ən yüksək səviyyədə saxlamaq.
- Texniki işləri və əməliyyatları təhlil edərək və rəqabət aparan məhsullar haqqında hesabatlar yaradaraq şirkətin strategiyalarında lazımi dəyişikliklərin edilməsini təmin etmək.
- Məhsullarımızın qiymət trendi, anbar vəziyyəti, satılacaq malların tədarükü və çatdırılma müddətləri ilə bağlı satış, logistika-mühasibat və marketinq şöbələri ilə koordinasiyalı işlərin aparılması.
Yer: Bakı / Azərbaycan
Maaş Şkalası: 1000-2000 Azn
Müraciət etmək üçün CV-nizi e-mail ünvanına ([email protected]) göndərməyinizi xahiş edirik.