VAKANSİYA

15 Aprel

Mühasib - VAKANSİYA

Fins.az xəbər verir ki, "SRC" LLC - "Aparıcı Mühasib" vakansiyası elan edir.

Vəzifəyə dair tələblər:

  • Təhsil: Ali təhsil, bakalavr dərəcəsi

  • Təcrübə: 3-5 il

  • Dil bilikləri: İngilis, Rus dili arzuolunandır

İş şərtləri və şəraiti:

  • İş və istirahət vaxtı üzrə: Həftə içi saat, 10:00-dan18:00-dək, Şənbə günü saat10:00-15:00 -dək

  • Vəzifə maaşı: 1200 -1700 AZN 

  • İş yeri: Bakı şəhəri Zərifə Əliyeva küçəsi 107 A

  • Bilməlidir:

  • ofis proqramları, 1C, Vergi Məcəlləsi, 

  • hesablar planı və müxabirləşmə;

  • uçot sahələrində sənəd dövriyyəsinin təşkili;

  • əsas vəsaitlərin, inventarların və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların sənədləşdirilməsi və mühasibat uçotunda əks etdirilməsi qaydası;

  • müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlili üsullarını;

Vəzifə funksiyaları:

  • Xərclərin və gəlirlərin uçotu, E-qaimələrin tərtib edilməsi qarşı tərəfə göndərilməsi.

  • Daxil olan fakturaları E-qaimələri 1 C proqramında daxil etmək.

  • Xərclərin və gəlirlərin hesabatını tərtib etmək, bank çıxarışlarını işləmək, depozitləri nəzarətdə saxlamaq.

  • Mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, balans haqqında hesabatın aylıq tərtib edilib, rəhbərliyə təqdim edilməsi

  • Şirkətin xaricdəki nümayəndəsinə hesabatın göndərilməsi, müvafiq olaraq ödənişin edilməsi

  • Nağd pul vəsaitlərinin və pul sənədlərinin qəbulu.

  • Kassa mədaxil orderlərinin qeydiyyat jurnalının aparılması, xəzinədar hesabatının hazırlanması

  • Mühasibatlıq, staistik və vergi uçotunun tələblərinə cavab verən uçot və hesabatlarının məlumat sistemin formalaşdırılması   

  • Kreditor və debitor öhdəliklərin, material ehtiyyatlarının , pul vəsaitlərinin ,  dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin , cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq.

  • ƏDV, DSMF hesabatlarin tərtib edilməsi

  • Bütün lazımı maliyyə hesabatlarının hazırlanması

  • Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq təsərrüfat əməliyyatlarında istifadə olunani lkin uçot sənədlərini hazırlamaq və təsdiq etmək

  • Təsərrüfat əməliyyatların uçotuna, sənəd dövriyyəsinin təşkilinə , məlumatın texnoloji tərəfindən emal olunmasına və onun məxfiliyini qorunmasına daxili nəzarət sistemini təşkil etmək.

Namizədlər [email protected]  elektron ünvanına Aparcı mühasib yazmaqla mürəciətlər edə bilərlər