VAKANSİYA

15 Aprel

Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi - VAKANSİYA

Fins.az xəbər verir ki, "MJ Finance"  "Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi" vakansiyası elan edir

Vəzifə öhdəlikləri:

  • Gecikmiş kreditlər üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış ünvanlarına və iş yerlərinə səfər olunması;

  • Əlaqə yaratmaq mümkün olmayan borcalanlar və onların zaminlərinin digər əlaqə vasitələrinin əldə olunması;

  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görmək;                             

  • BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;

  • Əlaqəli qurumlarla əlaqələri idarə etmək, məktublar və sorğular göndərmək;

  • Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləmək;

  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Tələblər:

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);

  • Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;

  • Sürücülük vəsiqəsi;

  • 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;

  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;

  • İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.

İş barədə məlumat:

  • Əmək haqqı: NETT 650 AZN+bonus

  • İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.

  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda

  • 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00

CV-lərinizi “Problemli kreditlər və Məhkəmələrlə iş şöbəsinin ünvanda təqib üzrə mütəxəssisi” başlığı altında [email protected]  e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır