"Unibank" Əməliyyat riskləri şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Təsvir:
- Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
- Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy vermək;
- Özünüqiymətləndirmə Sorğularının (Self Assessment) keçirilməsi;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Əməliyyat risklərinin idarə edilməsi üzrə təkmil alətlərin tətbiq edilməsi;
- Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Bankın riskləri üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılmasının təmin edilməsi. Əməliyyat riski insidentlərinin idarə edilməsi;
- Risklərin idarə edilməsi üzrə Bankın daxili qaydalarının hazırlanmasında və təkmilləşdirilməsində iştirak;
- Risk mədəniyyətinin bankda inkişafına dəstək;
- Sığorta şirkətləri ilə iş.
Tələblər:
- Ali təhsil (bakalavr);
- Analiz etmə qabiliyyəti;
- Risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində biliklərin olması;
- Analitik qabiliyyətlərə və problem həll etmək bacarığına malik olması;
- MS-Office (Excel, PowerPoint, Word) proqramlarında sərbəst işləmək bacarığı;
- Rus və İngilis dilini bilməsi arzu olunandır;
- Qanunvericilik, sənədləşmə biliyi;
- Anoloji sahədə minimum 3 il iş təcrübəsi;
- Risk management istiqamətində təhsilin/sertifikatın olması üstünlükdür.
Müraciət üçün LİNKƏ daxil olun.