"RİCON" MMC mal-material üzrə mühasib vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
- 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti
- Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
- Anbar qaiməsi və elektron qaimə-fakturalarının arasındakı fərqin yoxlanılması
- Debitor və kreditorlarla üzləşmələrin aparılması
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsinin olması;
- Azərbaycan dilini mükəmməl bilməli,rus dili üstünlükdür;
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Ezamiyyələrə hazır
İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə zamanı bilik və bacarıqlara uyğun olaraq təyin olunacaq
- İş yeri : Ağ şəhər ərazisi
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: 8.00-17.00
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına ([email protected]) göndərə bilərlər.