"Aztelekom" İstehsalat Birliyi Müştəri təcrübəsinin idarəedilməsi üzrə şöbə müdiri vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Təsvir:
- Marketinq idarəedilməsi prosesinin və ona aid olan bütün sənədlərin yaradılması, daim təkmilləşdirilməsi.
- Marketinq strategiyasının yaradılması, məhsul və xidmətlərin reklam işlərinin təşkili və onların təbliğ edilməsi.
- Şöbəyə aid sənədləşmənin qanunvericiliyinə əsasən və yeniliklər nəzarə almaqla aparılmasına nəzarət edilməsi.
- Tabeçiliyində olan işçilərə rəhbərlik edilməsi, onların arasında iş yükünün səmərəli paylaşdırılması.
- Kontentin yaradılmasına, tədbirlərin təşkilinə, reklam işlərinə, kampaniyaların yaradılmasına, kopiraytinq və fəaliyyətin təhlilinə nəzarət edilməsi və zəruri hallarda iştirak etmək.
- Departamentin digər struktur bölmələri ilə şöbə fəaliyyətinin koordinasiya edilməsi, onların qarşılıqlı əlaqəsinin təmin edilməsi.
- Şöbəsinin fəaliyyəti ilə bağlı aylıq, rüblük, yarımillik və illik işin təhlil edilməsi və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edilməsi.
- Müştəri təcrübəsinin tam sahiblənilməsi və idarə edilməsi.
- Ən son marketinq tendensiyaları və texnologiyalarından xəbərdar olmaq və texniki imkanlar çərçivəsində şirkət xidmətlərində tətbiq etmək.
- Bazarda brendin tanınması və müsbət fikrin formalaşması üçün layihələrin hazırlanmasının idarə edilməsi (Rəqəmsal və ənənəvi kanallar üzrə marketinq kampaniyalarına nəzarət edilməsi və optimallaşdırılması).
- Gəlir, Müştəri Təcrübəsi və Şirkət brendindən birbaşa cavabdehlik daşımaq.
- Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlərin yaradılmasının idarə edilməsi və bazara təqdim edilməsində cavabdeh olmaq.
- Marketinq kampaniyaların effektivliyinin təhlili və nəticələrlə bağlı məlumatın əlaqəli departamentlərlə paylaşılması.
- "Time to Market” strategiyasından cavabdeh olmaq və davamlı təkmilləşdirmək.
- Səlahiyyətləri çərçivəsində tabeçiliyində olan sektorların işinə nəzarət etmək, göstərişlər vermək və onlardan dəqiq icra olunmasını tələb etmək.
Tələblər:
- Biznes, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil (MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək)
- Marketing sahəsi üzrə minimum 4 il iş təcrübəsi (B2C və B2B xidmət məhsulları istiqamətində) 2 il rəhbər təcrübəsi olmalıdır.
- Biznesə sahib çıxma və biznes problemlərinin həllini fəal şəkildə tapmaq bacarığı
- Müxtəlif səviyyələrdə maraqlı tərəflərlə qarşılıqlı əlaqə qurmaq bacarığı ilə güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
- Müştərinin uğurunu, saxlanmasını və böyüməsini təmin etmək bacarığı
- Qərar qəbulu üçün CRM alətlərindən və məlumatların təhlilindən istifadə təcrübəsi olan analitik düşüncə tərzi
- Bazarda olan tələbatı təhlil etmə bacarığı
- Kreativ və yeni texnologiyalara dair qabaqcıl təcrübələrinin tədqiqatının aparılması bacarığı
- Biznes və maliyyə üzrə anlayışı olmalıdır
- Müxtəlif növ hesabatları fərqli formatlarda təqdim etmə bacarığı
- Məlumata əsaslanan analitik düşüncə tərzinə sahib olmaq
- Rəhbərlik qarşısında məlumatı effektiv şəkildə təqdim etmə bacarığı
- Azərbaycan dili və ingilis dillərini sərbəst bilməlidir (rus dili bilməsi arzu olunandır)
- MS Office (Word, Excel, Powerpoint, Outlook) proqramları üzrə biliklər
- “Multitasking” və təzyiq altında nəticələri təqdim etmək bacarığı
Müraciət üçün LİNKƏ daxil olun.