SOCAR Downstream Management proqramlama üzrə texnik vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifənin məqsədi:
Planlaşdırılmış təmir zamanı təqdim edilmiş iş həcmləri, iş addımlarının və digər sənədlərin hazırlanması. Planlaşdırılmış təmirin Primavera P6 proqramı üzərindən Plan proqramının hazırlanması və proqreslərin izlənməsi. Planlaşdırılmış təmirin təşkil edilməsi üçün lazımı sənədlərin hazırlanması və sahədə tətbiqinin təmin edilməsi. Təmirə hazırlıq və təmir zamanı sahədən toplanmış olan məlumatların proqresinin sistemə daxil edilməsi.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərini sahədə yoxlamaq və ətraflı hesabat hazırlamaq;
- Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərinin uyğun olaraq iş addımlarını (iş planını) sahə komandası ilə birlikdə hazırlamaq və iş ardıcıllıqlarını təyin etmək;
- Standart işlər üçün iş addımı (iş planı) formatını hazırlamaq və mütəmadi olaraq yenilənməsini təmin etmək;
- İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını hazırlamaq;
- Sahədən təqdim edilmiş “ iş metodu” üçün lazım olduqda iş addımlarını (iş planını) hazırlamaq;
- Sahədən təqdim edilmiş “ iş metod” larını izləmək və proqres hesabatlarını hazırlamaq;
- İş addımlarına uyğun olaraq Plan-Proqramın (Primavera P6) və proqres əyrisini hazırlamaq;
- İş prosesləri zamanı plan proqramda işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək və günlük proqres hesabatını hazırlamaq;
- Təmir hazırlıq və təmir zamanı sahədə işin gedişatının proqresini sistemə daxil etmək;
- Təmirin sonunda planlaşdırılan və reallaşan iş həcmlərini plan proqram üzərində analiz edib uyğunsuzluqlar barəsində rəhbərinə məlumat vermək;
- Təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatlar hazırlamaq;
- Cavabdeh olduğu işlərin gedişatı haqqında rəhbərinə hesabatlar hazırlamaq və məlumatlandırmaq;
- Planlaşdırılmış təmir ilə əlaqədar bütün sənədləri toplamaq və qovluq şəklində saxlanmasını təmin etmək;
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- İşlə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları vaxtında və zavodun təhlükəsizlik qaydalarına uyğun şəkildə icra etmək;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə işləmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər:
- Orta təhsil (Müvafiq sahə üzrə peşə və ya orta texniki təhsil üstünlükdür);
- Sənayedə mexaniki təmir və təmirin planlaşdırma sahəsində 3 il iş təcrübəsi olmalı;
- Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
- Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
- Təzyiq və stresin idarə olunması qabiliyyəti və problemləri həll etmə bacarığı olmalı;
- Ünsiyyət və komanda ilə işləmə bacarığı olmalı;
- MS Office, Adobe Acrobat reader, Primavera P6 proqramları ilə işləmək bacarığı;
- İngilis dili biliyi arzu olunandır.
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Proqramlama üzrə texnik” yazmaqla elektron ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 20.04.2024