"IMA Energy" QSC HR üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İş barəsində məlumat:
- Şirkət daxili əmrləri tərtib etmək və müvafiq jurnallarda qeydiyyatının aparılması;
- İşçilərin əmək müqavilələrini hazırlanması, onlarla bağlanmış müqavilələrə xitamın verilməsi, vəzifə dəyişikliyi barədə sənədləşmənin AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında tərtib edilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırılması və sistemləşdirilməsi;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasının hazırlanması, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
- Əməkdaşlara lazım olan arayışların tərtib edilməsi;
- Aylıq davamiyyət tabellərinin tərtib edilməsi;
- İşçilərin vəzifə təlimatlarının tərtib edilməsi;
- İş fəaliyyəti haqqında aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi.
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil;
- İnsan Resursları sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- Beynəlxalq layihələrdə 2-3 il iş təcrübəsi ( əsəs vacib tələblərdən biri )
- Azərbaycan, ingilis dillərini bilmək;
- MS Office proqramlarında işləmək bacarığı;
- Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək bacarığı.
Fərdi keyfiyyətlər:
- Fərdi və komandada işləmək bacarığı
- Effektiv yazılı və şifahi ünsiyyət qurma
- Xoşməramlı olması
- Peşəkar münasibətlərin qurulması
- Dəqiqilik və operativlik.
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq.
Yuxarıdakı tələblərə cavab verən namizədlər tərcümeyi hallarını qeyd olunan email ünvanına ([email protected]) göndərə bilərlər.