SOCAR Downstream Management təmir işlərinin planlaşdırılması üzrə mühəndis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifənin məqsədi:
Planlaşdırılmış təmir zamanı təqdim edilmiş iş həcmləri, iş addımlarının və digər sənədlərin yoxlanması; Planlaşdırılmış təmirin Primavera P6 proqramı üzərindən hazırlanmış Plan proqramının yoxlanması və proqreslərin izlənməsi; Planlaşdırılmış təmirin təşkil edilməsi üçün lazımı sənədlərin hazırlanması və sahədə tətbiqinin izlənməsi; Təmirə hazırlıq və təmir zamanı sahədən toplanmış olan məlumatların proqresinin yoxlanması və lazımi araşdırmaların aparılması.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş və hazırlanmış olan iş həcmlərinin müzakirəsi və təsdiqlənməsini həyata keçirmək;
- Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərinə uyğun olaraq hazırlanmış olan iş addımlarını (iş planı) və iş ardıcıllıqlarını yoxlamaq və uyğunluğunu təsdiqləmək;
- İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısını yoxlamaq, uyğunluğunu təsdiqləmək və aidiyyatı şöbələrə yönləndirmək;
- Planlaşdırılmış təmir zamanı podratçı tərəfindən görüləcək olan servis işləri üçün texniki şərtnaməni hazırlamaq və aidiyyatı şöbələrə yönləndirmək;
- Planlaşdırılmış təmir üçün sifariş edilmiş ehtiyat hissələri, mal-material və servis xidmətlərinin gedişatını izləmək;
- İş həcmləri təsdiq edildikdən sonra “ gecikmiş və əlavə işlər ” i izləmək və proqres hesabatlarını hazırlamaq;
- Sahədən təqdim edilmiş “ iş metod” larını izləmək və proqres hesabatlarını hazırlamaq;
- İş addımlarına uyğun olaraq Plan- Proqramın (Primavera P6) və proqres əyrisini yoxlamaq və hesabatı hazırlamaq;
- İş prosesləri zamanı plan proqramda işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək və hazırlanmış olan günlük proqres hesabatını yoxlamaq, hesabatı aidiyyatı rəhbərliyə və şöbələrə göndərmək;
- Planlaşdırılmış təmir zamanı mütamadi olaraq plan proqrama üzərindən sahə komandasını gecikmələr və ya irəliləmələr barəsində məlumatlandırmaq;
- Təmir zamanı işlərin gedişatına dəstək olmaq üçün plan hazırlayıb sahəyə təqdim etmək;
- Təmirə hazırlıq işlərini təşkil etmək və təmirin başlamasına qədər bütün hazırlıq işlərinin bitməsini təşkil etmək;
- Təmirin sonunda planlaşdırılan və rellaşan iş həcmlərini plan proqram üzərində analiz edib uyğunsuzluqlar barəsində hesabat hazırlayıb təqdim etmək;
- Təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatlar hazırlamaq;
- SAP proqramında yaradılmış olan iş bildiriş və iş sifarişlərini yoxlamaq və təsdiqləmək;
- Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təşkil etmək;
- Planlaşdırılmış təmir ilə əlaqədar bütün sənədlərin toplanması və qovluq şəkildə saxlanmasını təşkil etmək;
- Planlaşdırılmış təmir üçün lazım olan günlük, həftəlik və aylıq toplantıların keçirilməsini və toplantının aparılmasının təmin etmək;
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək.
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər:
- Müvafiq sahəsi üzrə bakalavr təhsili (Mexanika mühəndisliyi);
- Sənaye sahəsində mexaniki təmir işlərində 3 il iş təcrübəsi olmalı
- Sənayedə təmirin planlaşdırılması sahəsində 5 il iş təcrübəsi olmalı
- Sahədə proqres yoxlanışları aparmaq üçün hündürlükdə və qapalı sahədə işləmək bacarığı olmalı,
- Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı,
- Problemləri həll etmə bacarığı olmalı,
- Mexaniki cizgilərini oxuma bacarığı,
- İngilis dili biliyi yaxşı səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
- Primavera P6, SAP (PM və MM modulu) proqramlarında işləmək bacarığı olmalı.
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Təmir işlərinin planlaşdırılması üzrə mühəndis” yazmaqla elektron ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 20.04.2024