Yapı Kredi Bank Azərbaycan QSC Strateji marketinq və biznesin inkişafı şöbəsinin Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat/maliyyə/data analitika təhsili);
- Data Analitika və ya Biznes strategiyası sahələrində iş təcrübəsi;
- Ms Office proqram bilikləri yaxşı səviyyədə olmalı;
- Data vizualizasiya bacarıqları;
- Tableau və Power BI kimi analiz və vizualizasiya alətlərində işləmə bacarıqlarının olması üstünlük təşkil edir;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti, ingilis dili;
Əsas iş funksiyaları:
- Bankın Satış hədəflərinin/büdcəsinin və Satış Strategiya planını hazırlanmasına dəstək olmaq. Plana uyğun aksiyonlar almaq/təklif etmək;
- Satış hədəflərinin hazırlanmasına dəstək olmaq;
- Satış hədəflərinin reallaşma dərəcələri, büdcə təqibi, filial əsasında məhsuldarlıq analizləri kimi mövzularda lazımlı hesabatları hazırlamaq;
- Məhsullar üzrə bazar/rəqabət araşdırma və təqib işlərini görmək;
- Satışların artımına yönəlik potensiyal müştəri siyahıların hazırlanması;
- Sistem ve sistem vasitələrinin inkişafına yönəlik tələbləri kordinasiya etmək, lazım olduğunda proseslərdə birbaşa iştirak etmək;
- Satışla əlaqədar iclaslar üçün müvafiq sənəd və məlumatları hazırlamaq;
- Satışla əlaqədar Bank daxilindən və xaricindən gələn sorğuların cavablandırılması;
- Qarşılaşdığı məsələ və problemləri həll etmək üçün müvafiq şöbələrlə əlaqə yaratmaq, nəticələri haqqında rəhbərinə məlumat vermək;
E-poçt: [email protected]