"Azərbaycan Dəmir Yolları" QSC insan resursları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İşin təsviri:
- Əmək Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək haqqını hesablamaq;
- İşçilərin məzuniyyət haqqı və son haqq-hesablarının hesablanaraq müvafiq struktura yönləndirilməsini təmin etmək;
- Vahid vergi bəyannaməsini tərtib etmək;
- Əmək qabiliyyətinin olmaması və ezamiyyə vərəqələrinə əsasən müvafiq hesablamalar aparmaq;
- Əmək haqqına dair daxil olan sorğuları cavablandırmaq;
- Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatları aparmaq;
- Yeni işə qəbul olunmuş işçilərə əmək haqqı kartlarını sifariş etmək;
- Kollektiv sazişdən irəli gələn digər növ ödənişləri hesablamaq;
- İş vaxtından artıq saatların araşdırılması və iş saatlarının optimallaşdırılmasını təmin etmək;
- Əmək haqqına təsir edən amilləri araşdırmaq və təhlil etmək;
- Əmək qanunvericiliyindən və daxili qaydalardan irəli gələn sənədləşmə işini aparmaq
Tələblər:
- Ali təhsil (istənilən sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office və 1C proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər;
- Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi üzrə biliklər;
- Elektron Hökümət Portalı üzrə biliklər;
- Əmək haqqının hesablanması üzrə praktiki biliklər;
- Əmək haqqı işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər,
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər
Müraciət etmə qaydaları:
Vakansiya tələblərinə uyğun namizədlər qeyd olunan LİNKƏ daxil olaraq müraciət edə bilərlər.