“Zeytun Pharmaceuticals” MMC baş əczaçı vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə funksiyaları:
- İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik;
- Aptekdə dərmanların iadəsinə nəzarət;
- Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;
- Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək;
- Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq;
- Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət;
- Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması;
- Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət;
- Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək;
- Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
- Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək;
- Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq;
- Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər:
- Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);
- Müvafiq sahədə 5 il iş təcrübəsi.
İş şəraiti:
- İş yeri:
- Metro aptekləri – Qarayev, Gənclik, 28 May, 20 Yanvar
- Pharma Store-lər – Nərimanov, Nizami, Nəsimi, Yasamal, Şəki şəh.
- İş qrafiki: 09:00-18:00 (6/7);
- Əmək haqqı: 700-800 AZN.
Əlaqə vasitəsi:
(050) 253 01 52 – Whatsapp
E-poçt: [email protected]
Maraqlanan şəxslər CV-ni email ünvanına göndərə bilərlər.