VAKANSİYA

10 Aprel

İşə qəbul üzrə mütəxəssis - VAKANSİYA

“Azərbaycan Dəmir Yolları” QSC işə qəbul üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Bütün xətti rəhbərlər və komanda üzvləri ilə uğurlu nəticələrin əldə edilməsi məqsədilə münasibətlərin qurulması və işə qəbul proseslərinin aparılması;
  • CV-lərin və işə qəbul mürəciətlərin nəzərdən keçirilməsi; 
  • Vakansiyalar üzrə elanların ADY-nın karyera səhifəsində, sosial mediada və daxili/xarici iş elanları platformalarında yerləşdirilməsi; 
  • Namizədlərin işçi tələb formasına əsasən müəyyənləşdirilmiş seçim kriteriyalarına görə dəyərləndirilməsi və qısa siyahının formalaşdırılması; 
  • Seçilmiş namizədlərin siyahısının xətt rəhbərlərinə təqdim edilməsi; 
  • İş təkliflərinin hazırlanması və seçilmiş namizədlərə təqdim edilməsi; 
  • Namizədlərin işə qəbul proseslərinin bütün mərhələləri və nəticələri barədə vaxtında və təsdiqlənmiş məlumatlandırma nümunələri əsasında cavablandırılması; 
  • İşə qəbul prosesləri ilə bağlı hesabatlılığın aparılması və namizəd hovuzunun idarə edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi və Psixologiya üzrə təhsil üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
  • Xarici dil: İngilis dili və Rus dili – yaxşı;
  • Kompüter bilikləri: MS Office (Word, Excel);
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli; 
  • İnsan resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklərə sahib olmalı;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına  dair təlimatlardan anlayışlı olmalı;
  • Problem həlletmə;
  • Təşəbbüskarlı

 Əlavə məlumatlar:

  • İş qrafiki – 5 günlük  09:00-18:00;
  • Müsbət və səmərəli iş mühiti;
  • Yemək xərclərinin qarşılanması.

Müraciət etmə qaydaları:

Qeyd olunan tələblərə uyğun namizədlərin CV formalarını mövzu yerinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına 26 Aprel 2024-cü il tarixinə kimi göndərmələri xahiş olunur. 

Yalnız uyğun namizədlər ilə əlaqə saxlanacaqdır.

E-poçt: [email protected]