VAKANSİYA

06 Aprel

Kommersiya direktoru - VAKANSİYA

Azərbaycanda şirkətlərdən biri Kommersiya direktoru vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş yeri: Cəlilabad rayonu;

İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;

Təhsil: Ali;

Vəzifə öhdəlikləri:

  • “Cəlilabad Mall”-da açılacaq təmir və tikinti materialları, cehizlik malları, məişət avadanlıqları və s. bölmələrinin idarə edilməsi ilə bağlı direktorla birlikdə kommersiya planı yaratmaq, bazar araşdırmasının və təhlilin aparılması;
  • İnkişafın sürətləndirilməsi üçün şirkətin məqsədlərinə uyğun olaraq kommersiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
  • Maliyyə hədəflərinin müəyyən edilməsi, xərclər və büdcənin hazırlanmasının monitorinqinin həyata keçirilməsi;
  • Mövcud müştərilərin tələblərini müəyyən etmək və müştəri məmnuniyyətinin təmin edilməsi;
  • Kommersiya fəaliyyətinin icrasına nəzarət edilməsi və üst rəhbərlik üçün hesabatların hazırlanması;
  • Təchizat zəncirinin qurulması və idarə edilməsi;
  • Sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsi;
  • Sosial media platformaları üçün (İnstagram, Facebook, Linkedİn və s.) günlük və həftəlik kontentin hazırlanması (foto,reels,mətn və.s) və paylaşmasını təmin etmək;

Tələblər:

  • Tikinti materialları cehizlik malların və məişət avadanlıqlarının satışı (Omid və Kristal konseptində ticarət mərkəzlərində olması üstünlükdür) üzrə təcrübəsinin olması vacibdir. 
  • Müvafiq normativ hüquqi aktlar, qaydalar, təlimatları bilməlidir;
  • Rus dili biliyi üstünlükdür;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Problem həll etmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Diqqətlilik və dəqiqlik.

Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsnasında təyin olunacaqdır.

İş şərtləri:

  • 6 günlük iş həftəsi;
  • İstirahət günü: Bazar

Müraciət qaydaları: 

CV-nizi elektron poçt ([email protected]) ünvanına mövzu hissəsində vəzifə adını – “Kommersiya üzrə direktor” yazıb göndərməklə müraciət edə bilərsiniz.