VAKANSİYA

06 Aprel

Regionlarda innovasiyaların təşkili üzrə Layihə meneceri - VAKANSİYA

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi regionlarda innovasiyaların təşkili üzrə Layihə meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Təsvir:

İRİA İnnovasiya Ekosistemi departamentinin Startap ekosistemi quruculuğu şöbəsinin layihə meneceri vəzifəsinə vakansiya elan edir.

Azərbaycanın regionlarında İnnovasiya təşəbbüslərinə və fəaliyyətlərini koordinasiya etmək üçün dinamik və yüksək motivasiyalı Layihə meneceri axtarırıq. Bu vəzifə, Regional İnkubasiya Proqramları, Startap Müsabiqələri, İnnovasiya marifləndirməsi fəaliyyətləri, regional nümayəndəliklər, regional biznes subyektləri və regional Universitetlərlə əməkdaşlıq da daxil olmaqla proqramlarımızın təşkilində mühüm rol oynayır. Namizədlərin regional əlaqələrə və yerli icmalara çıxışının olması xüsusi önəm daşıyır.

Əsas öhdəliklər:

  • Layihə İdarəetməsi: Regional innovasiya təşəbbüslərinin planlaşdırılmasına, icrasına və çatdırılmasına nəzarət etmək, strateji məqsədlərimizə uyğunluğu təmin edilməsi;
  • Partnyorluqların təşviqi və inkişaf etdirilməsi: Proqramın təsirini artırmaq üçün yerli icmalar, təşkilatlar, universitetlər və digər müvafiq maraqlı tərəflərlə güclü əlaqələrə sahib olması və onların genişləndirilməsi;
  • Tədbirlərin Təşkili: Regional startap müsabiqələri, seminarlar və innovasiya ilə bağlı digər tədbirlər üçün lazımi təşkilatı işlərin koordinasiyası, əlaqələndirilməsi, prosesin idarəedilməsi;
  • Proqramların inkişafı: Regionlarda innovasiyaları təşviq etmək üçün regional innovasiya proqramlarını stratejik olaraq analizi, dəyərləndirilməsi və təşkilini təmin edilməsi;
  • Monitorinq və Qiymətləndirmə: Məqsədlərə uyğun olaraq dəstəklənən fəaliyyətlərin gedişatını izləməsi, nəticələr haqqında hesabat hazırlaması və təkmilləşdirmələr edilməsi;
  • Səyahət imkanı: Yerli icmalarla əlaqə saxlamaq, proqramın icrasına nəzarət etmək və tərəfdaşlıqları gücləndirmək üçün tez-tez Azərbaycanın müxtəlif bölgələrinə ezamiyyə səfərləri edə bilmək imkanı.

Tələblər:

  • Biznesin idarə edilməsi, Layihələrin idarə edilməsi, İnnovasiyaların idarə edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə minumum 2-3 il iş təcrübəsi;
  • Öncədən innovasiya, startap ekosistemləri və ya icma inkişafı layihələri çərçivəsində layihələrin koordinasiyasında sübut edilmiş təcrübə;
  • Müxtəlif maraqlı tərəflərlə səmərəli əlaqə qurmaq bacarığı ilə güclü şəxsiyyətlərarası və şəbəkələşmə bacarıqları;
  • Birdən çox layihəni eyni vaxtda koordinasiya etmək bacarığı ilə əla təşkilatçılıq və vaxtın idarəolunması bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili və ingilis dili yüksək səviyyədə;
  • Ölkə daxilində regionlar üzrə səyahət tarixçəsi, xüsusilə öncəki iş yerlərində regional fəaliyyətlər, regional biznes mühiti barədə geniş təcrübə;
  • Yüksək təşəbbüskarlıq və çevikliklə müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığını nümayiş ettirə bilmək.

    Müraciət üçün linkə daxil olun.