VAKANSİYA

06 Aprel

HVAC mühəndisi - VAKANSİYA

"Aztelekom" HVAC mühəndisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Təsvir:

  • Layihə tapşırığı və texniki şərtlər əsasında HVAC sistemləri layihələrini AzDTN və digər normativ sənədlərə uyğun tərtib etmək
  • Hazırlanacaq layihələrə uyğun hesabatlar aparmaq və uyğun avadanlıqları müəyyən etmək.
  • Layihələrin konsepsiyalarını və səmərəliliyini müzakirə etmək üçün sifarişçi ilə ünsiyyət qurmaq və hazırlanan layihələri sifarişçi ilə razılaşdırmaq.
  • Tikinti işlərinin layihəyə uyğun aparılmasını yoxlamaq və uyğunsuzluqları müəyyən etmək.
  • Avadanlıqların spesifikasiyası, qüsur aktı və.s kimi  layihələrə aid sənədləri tərtib etmək
  • Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırılmasında iştirak etmək.
  • Mühəndis santexnik bilikləri arzuolunandır.

Tələblər:

  • Ali təhsil
  • Sahə üzrə ən az 3 il iş təcrübəsi
  • MS Office, AutoCad, proqramlarında professional səviyyədə işləmə bacarığı
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməli
  • Azərbaycan dilini mükəmməl bilməli, İngilis və Rus dilləri arzu olunandır

    Müraciət üçün linkə daxil olun.