VAKANSİYA

05 Aprel

Xilasedici - VAKANSİYA

"Bilgah Beach Hotel" xilasedici vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Hovuzun kənarında növbə çəkmək, hovuz və sauna avadanlığının işinə nəzarət etmək.
  • Qonaqların hovuz və sauna ərazisində təhlükəsiz və rahat olmasını təmin etmək.
  • Suda boğulanlara operativ yardımın göstərilməsi üçün xilasetmə vasitələrinin hazırlığına nəzarət etmək.
  • Müxtəlif vasitə, metod və üsullardan istifadə etməklə üzmək öyrədilməsinin təşkili.
  • Suda bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq üçün müştərilərə təhlükəsiz davranış qaydalarını izah etmək.
  • Avadanlıq və mülkiyyətin qorunmasını, yanğından mühafizəni və xilasetmə postunda sanitar vəziyyəti təmin etmək. 
  • Əmək intizamı, texniki təhlükəsizlik qaydalarına riayət etmək və müəyyən edilmiş sənədləşdirməni aparmaq.
  • Fövqəladə hallarda müştərilərə təcili yardım göstərmək
  • Həkimin gəlməsindən əvvəl ilk yardım göstərmək. 
  • Özünün fiziki və xüsusi tibbi hazırlığını təkmilləşdirmək. 
  • İcra edilən işlə bağlı aşkar edilmiş bütün pozuntular və çatışmazlıqlar barəsində birbaşa rəhbərini məlumatlandırmaq. 
  • Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.

Vəzifəyə dair tələblər:

  • Xilasedici vəzifəsində, minimum 1 il iş təcrübəsi
  • Vəzifə üzrə müvafiq sertifikat.
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil, yüksək idarəetmə bacarığı olmalı
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı

CV-nizi aşağıda qeyd edilən mail adresinə göndərin.

E-poçt: [email protected]