VAKANSİYA

03 Aprel

Qida və içkilər üzrə menecer müavini - VAKANSİYA

"Lankaran Springs Wellness Resort" oteli qida və içkilər üzrə menecer müavini vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Qida və içkilər üzrə menecer müavini: Əsas öhdəlikləri - İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə otelin tədbirlər planının icra edilməsini təmin etmək. Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək. Xüsusi olaraq işlərin pik vaxtlarında bütün əməliyyatlara nəzarət etmək, zəruri sayıldıqda, müvafiq tənzimləmələrin həyata keçirilməsi üçün aidiyyəti olan şöbə rəhbərləri ilə birgə işləmək.

Əsas vəzifələr:

  • Ofisiant heyətinə aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək; 
  • Xidmət müddətində işin gedişatının səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı praktiki dəstəyi göstərmək  
  • “Lenkeran Hotel and Resort Company” MMC-nin Nağd Vəsaitlərlə bağlı Proseduralarının icra olunmasını təmin etmək üçün qastronomiyanın nağd vəsaitlərlə bağlı funksiyasına yaxından nəzarət etmək və yoxlamaq.
  • İllik biznes planının hazırlanması ilə yanaşı İaşə şöbəsinin planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsinin işlənib hazırlanmasında iştirak etmək.
  • İaşə şöbəsinin müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək. 
  • “Lenkeran Hotel and Resort Company” MMC-nin Qonaq Məmnunluğu və Şikayətlərə Baxılma Proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq və onun rəy və şikayətlərinə cavab vermək.
  • Hər hansı şikayət, qonaqdan mənfi rəy, məmnunluq və ya otelin fəaliyyəti ilə bağlı Şöbə müdiri / Əməliyyat Menecerinə məlumat vermək.
  • Qonağın tanınmasında qonaqların məlumat bazasından istifadə etmək.
  • Restoranların işi, o cümlədən Standart İş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair Şöbə Müdiri / Əməliyyat Menecerinə təklif vermək.
  • İşçilərin fəaliyyətinin qiymətləndirməsi, təlimləndirilməsi və onlara konsultasiya verilməsini mütəmadi olaraq aparmaq. 

Tələblər:

  • Bütün aspektlər üzrə mükəmməl ünsiyyət bacarıqları;
  • Azərbaycan və Rus dilinə mükəmməl hakimiyyət, İngilis dili arzuolunandır
  • Peşəkar və uyğun işgüzar görünüş və təqdimat; 
  • Biznes və ya istirahət mehmanxanasında müqayisə edilə bilən vəzifədə 3-5 il iş təcrübəsi; 
  • Əla təşkilatçılıq və inzibati bacarıqlar; 
  • Micros proqram bacarığı.
  • Mükəmməl qonaq xidməti və problemlərin həlli bacarıqları; 
  • Elektron cədvəllər və büdcə paketləri ilə hərtərəfli işləmək bacarığı; 
  • Problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək;
  • Qida və içki əməliyyatlarının bütün aspektləri üzrə mükəmməl bilik;

Üstünlüklər:

  • Məşhur otel brendlərinin təcrübəli komandası ilə əməkdaşlıq etmək şansı;
  • Təlim və inkişaf proqramlarında iştirak etmək imkanı;
  • PMD Group rəhbərliyi altında müxtəlif otellərdə karyera imkanları;
  • Tibbi sığorta ( Silver );
  • Mobil telefon və korporativ nömrə;
  • Bakıdan Lənkərana transfer
  • Yaşamaq üçün ev 
  • İş saatı: həftəlik 40 saat
  • Gündə 3 dəfə qidalanma
  • Tam rəsmi qeydiyyat 

Maraqlanan namizədlərdən mövzu yerində Qida və içkilər üzrə menecer müavini qeyd etməklə CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.

Ünvan: Lənkəran rayonu Haftoni qəsəbəsi

Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq. 

Müraciət üçün son tarix: 03.05.2024-ci ildir.