VAKANSİYA

01 Aprel

Quraşdırma və istismar üzrə mütəxəssis - VAKANSİYA

Uninet MMC quraşdırma və istismar üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Funksiya: Quraşdırma və İstismar Şöbəsi

İş qrafiki: Standart 

Son müraciət tarixi: 15.04.2024

Vəzifə öhdəlikləri:

  • Gündəlik daxil olan sorğulara əsasən təhkim olunmuş ərazilər üzrə abunəçilərlə əlaqə saxlanılması, təqdim olunacaq xidmətlərin dəqiqləşdirilməsi;
  • Müqavilədə qeyd olunan avadanlıqların ofisdən əldə edilməsi; 
  • Qoşulma zamanı istifadə olunan kabel və başqa lazımlı materialların hesablayıb götürülməsi;
  • Qurğulardan abunəçinin ünvanına qədər xəttin çəkilməsi və avadanlıqların quraşdırılıb sazlanması;
  • Abunəçilərə xidmətlərin ayarlanıb işlək vəziyyətdə təqdim etmək;
  • Abunəçiləri müqavilə şərtləri ilə tanış edib imzalı şəkildə təqdim etmək;
  • Gündəlik icra olunan servis və qoşulmaların aidiyyatı üzrə qeyd olunması;
  • Reklam materiallarının paylanılması;
  • Günsonunda görülən işlər barəsində rəhbərliyə məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
  • Əməyin mühafizəsi qaydalarına, yəni işlərin təhlükəsiz və sağlam şəraitdə görülməsini təmin etmək məqsədi ilə cari qanunvericilikdə və əmək müqaviləsində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirlərə, normalara və standartlara riayət etmək.

Vəzifənin tələbləri:

  • Orta təhsil;
  • Əlaqəli sahədə 1 il iş təcrübəsi;
  • Azərbaycan dili – Sərbəst, Rus dili – Orta;
  • Məsuliyyətlilik;
  • Keyfiyyətyönümlülük;
  • Komanda işi və əməkdaşlıq;
  • Müştəriyönümlülük.

Müraciət etmək üçün CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində vəzifənin adının “Quraşdırma və istismar üzrə mütəxəssis” kimi qeyd edilməsi mütləqdir. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqə: [email protected]