VAKANSİYA

11 Mart

İR Əmək haqqı üzrə mütəxəssis - VAKANSİYA

Araz Supermarket İR Əmək haqqı üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Tələblər:

  • Ali təhsil;

  • İş təcrübəsi: 1 ildən yuxarı;

  • MS Office bilikləri;

  • Əmək məcəlləsi haqqında haqqında biliklər;

  • Komanda ilə işləmə bacarığı:

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqını (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablamaq və ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;

  • İşçilərin məzuniyyət haqlarını, kompensasiyalarını, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq addımlar atmaq;

  • Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişləri hesablamaq və vaxtında ödənilməsi üçün müvafiq struktur bölməyə yönləndirmək;

  • Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və tabel formalaşdırmaq;

  • Əmək haqqı kartlarının işçilərə təhvil verilməsini təmin etmək;

  • Əmək haqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq;

  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək:

Təminatlar:

  • Nahar ilə təmin edilmə;

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

  • 5 günlük iş qrafiki;

  • Servis xidməti mövcuddur;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İR Əmək haqqı üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər. [email protected]