VAKANSİYA

11 Mart

Mühasibatlıq operatoru -VAKANSIYA

"AzProtein" Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.

Fins.az xəbər verir ki,  ”AzProtein Foods Group”  "Mühasibatlıq operatoru" vakansiyası elan edir.

Namizədə Tələblər:

  • Ali təhsil
  • Yaş həddi:  23 - 35 yaş
  • Staj: 1 – 3 il sahə üzrə
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək mütləqdir (Word, Excel, MS Outlook)
  • 1C mühasibatlıq proqramında işləmək bacarağı və proqram üzrə minimum 1 il təcrübə.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Elektron qaimə-fakturaların tərtib olunması və göndərilməsi
  • Müştəri müqavilələrin hazırlanması
  • Müştərilərdən sifarişlərin qəbulu, həmin sifarişlərin 1C proqramına daxil edilməsi
  • 1C proqramı üzrə günlük və aylıq sifariş hesabatlarının hazırlanması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.

Əmək haqqı: 500 manat

İş qrafiki: 6 günlük.

Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.

Müəssisə Buzovnada yerləşir.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.