VAKANSİYA

08 Mart

Satış meneceri - VAKANSİYA

"VOLT AVTO" istənilən hibrid və elektrik avtomobilini əldə etməyə imkan verən multibrend avtosalonudur.  2022-ci ildən elektriklə işləyən avtomobillərin satışını həyata keçirən VOLT AVTO salonunda müştərilərin istənilən istəklərini qarşılamaq üçün geniş çeşiddə yeni elektrik avtomobilləri təqdim olunur. 

Fins.az xəbər verir ki, "VOLT AVTO" "Satış meneceri" vakansiyası elan edir.

İş barədə məlumat:

  • Müştəri bazasının formalaşdırılması;
  • Şirkətin satış həcminin artırılmasına dəstək;
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
  • Şirkəti düzgün təmsil etmək;
  • Hər günün sonunda günlük hesabatın təqdim edilməsi;
  • Satış hədəflərinin zamanında icra edilməsi;
  • Ofisdən kənarda da avtomobilin tanıtımını etmək ( ticarət mərkəzləri və s.);

Namizədə tələblər:

  • Avtomobillərin öyrənilməsi və düzgün məlumat vermək bacarığı;
  • Məhsulların təqdimatı, tanıtdırılması və satışını təşkil etmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Ünsiyyət, inandırma və təqdimetmə bacarığı;
  • Düzgün diksiya;

İş saatı: 1-5 günlər 10:00- 19:00.

Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq

Ünvan: Badamdar yolu 1c

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz.

Vacib qeyd: yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.