VAKANSİYA

05 Mart

Əyləncə mərkəzinin şöbə Müdiri - VAKANSİYA

Azersun Holding Əyləncə mərkəzinin şöbə Müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Müəssisə: Xəyal Adası MMC

Tələblər:

  • Ali təhsil; 

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; 

  • Əyləncə mərkəzinin iş prinsiplərinə və dinamikasına hakim olmali;

  • Əyləncə mərkəzinin büdcə və xərc hesabatlarını hazırlaya bilməli;

  • Əyləncə mərkəzindəki avadanlıqlar və oyun aparatlarının texniki xüsusiyyətləri və istifadə qaydalarını bilməli;

  • Əyləncə mərkəzinin təqdim etdiyi xidmət və məhsulların satış və marketinqini həyata keçirə bilməli;

  • Liderlik və üstün ünsiyyət bacarıqlarına sahib olmalı;

  • Əməyin mühafizəsi və avadanlıqlardan təhlükəsiz istifadə qaydalarını bilməli, ərazi daxilindəki bütün avadanlıqların müştərilər üçün hər zaman təhlükəsiz olmasını təmin etməli;

  • Microsoft Office proqramlarını bilməli;

  • Azərbaycan dili – əla, Rus dili – yaxşı, İngilis dili -  yaxşı səviyyədə bilməlidir.

İş haqqında məlumat:

  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə əyləncə mərkəzinin səmərəli və standartlara uyğun fəaliyyətinin həyata keçirilməsi;

  • Sağlamlıq və gigiyena ilə bağlı bütün zəruri prosedurların düzgün və vaxtında həyata keçirilməsi;

  • Maliyyə büdcəsi, proqnoz hesabatlarının və tədbirlərlə bağlı xərc hesabatlarının hazırlanması;

  • Bütün sahələrin və avadanlıqların təmiz və hər zaman işlək vəziyyətdə olmasına nəzarət edilməsi;

  • İşçilərin idarə edilməsi, onlarla ünsiyyətin düzgün qurulması və gündəlik vəzifələrini yerinə yetirməyə həvəsləndirilməsi;

  • Mərkəzdə istifadə olunan bütün avadanlıq və materialların vaxtında təmin edilməsi və səmərəli istifadə edilməsinə nəzarət edilməsi;

  • Strateji satış və marketinq planlarının hazırlanması və həyata keçirilməsi;

  • Sektorun tendensiyalarından daim məlumatlı olmaq, rəqib fəaliyyətlərinin analizinin həyata keçirilməsi;

  • Müştəri yönümlü iş və xidmət yanaşmasının tətbiq edilməsi, müştəri rəylərinin və gözləntilərinin qiymətləndirilməsi;

  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Əyləncə Mərkəzi Şöbə Müdiri” qeyd etməyiniz xahiş olunur.