VAKANSİYA

05 Mart

İdman (Fitness) mərkəzinin şöbə Müdiri - VAKANSİYA

Azersun Holding İdman (Fitness) mərkəzinin şöbə Müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Müəssisə: Xəyal adası MMC

Tələblər:

  • Ali təhsil; 

  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; 

  • İdman (fitness) sahəsində beynəlxalq səviyyəli təlim və sertifikatlaşdırma proqramlarını tamamlamış olmalı;

  • İdman (fitness) mərkəzinin iş prinsipləri və dinamikasına hakim olmalı;

  • İdman (fitness) mərkəzində hovuz komandasına və iş prinsiplərinə hakim olmalı;

  • Mərkəzin təqdim etdiyi xidmət və məhsulların satışını dəstəkləyəcək mümkün layihələr hazırlaya bilməli;

  • Komandanın növbə planını, qrup dərs proqramını hazırlamağı və yaxından izləməyi bacarmalı;

  • İl ərzində klub daxilində və xaricində klub üzvlərini bir araya gətirəcək tədbirlər təşkil edə bilməli;

  • Komandanın bonus ödənişlərini əksiksiz hazırlayaraq vaxtında aidiyyatı üzrə təqdim etməli;

  • Üzvlərin tələblərinə, ehtiyaclarına və şikayətlərinə həssas olmalı, bu kimi məsələləri şirkət prinsiplərinə uyğun idarə etməyi bacarmalı;

  • Liderlik və üstün ünsiyyət bacarıqlarına sahib olmalı;

  • İdman (fitness) mərkəzinin məsrəflərini ve sərfiyyatını nəzarətdə saxlamağı bacarmalı;

  • Əməyin mühafizəsi və avadanlıqlardan təhlükəsiz istifadə qaydalarını bilməli;

  • Microsoft Office proqramlarını bilməli;

  • Azərbaycan dili – əla, Rus dili – yaxşı, İngilis dili -  yaxşı səviyyədə bilməlidir.

İş haqqında məlumat:

  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə idman (fitness) mərkəzinin səmərəli və standartlara uyğun fəaliyyətinin həyata keçirilməsi;

  • Sağlamlıq və gigiyena ilə bağlı bütün zəruri prosedurların düzgün və vaxtında həyata keçirilməsi;

  • Maliyyə büdcəsi, proqnoz hesabatlarının hazırlanması;

  • Bütün sahələrin və avadanlıqların təmiz və hər zaman işlək vəziyyətdə olmasına nəzarət edilməsi;

  • İdman (fitness) mərkəzi işçilərinin idarə edilməsi, ünsiyyətin düzgün qurulması və onları gündəlik vəzifələrini yerinə yetirməyə həvəsləndirilməsi;

  • İdman (fitness) mərkəzində istifadə olunan bütün avadanlıq və materialların vaxtında təmin edilməsi və səmərəli istifadə edilməsinə nəzarət edilməsi;

  • Satış və marketinq planlarının hazırlanması və həyata keçirilməsi;

  • Sektorun tendensiyalarından daim məlumatlı olmaq, rəqib fəaliyyətlərinin analizinin həyata keçirilməsi;

  • Müştəri yönümlü iş və xidmət yanaşmasının tətbiq edilməsi, müştəri rəylərinin və gözləntilərinin qiymətləndirilməsi;

  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İdman (Fitness) Mərkəzi şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.