VAKANSİYA

04 Mart

Kateqoriya üzrə mütəxəssis - VAKANSİYA

Azersun Holding kateqoriya üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Tələblər:

  • Ali təhsilli: (menecment, iqtisadiyyat, marketinq sahəsində) 

  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) – Yaxşı;

  • Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzu olunandır;

  • Müvafiq sahədə üzrə 1 il iş təcrübəsi;

  • Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olması;

  • Təqdimat hazırlama və təqdim etmə bacarığı;

  • Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini bilməli.

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik;

  • İntizamlılıq;

  • Yüksək kommunikasiya;

  • Keyfiyyət yönümlülük;

  • Məqsəd yönümlülük;

  • Nəticə yönümlülük;

  • Araşdırma, təhlil, müqayisə və qərar vermək.

Vəzifə öhdəlikləri:

  • Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;

  • Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;

  • Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;

  • Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;

  • Endirim kataloqlarının planlanması;

  • Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;

  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə;

  • Nahar şirkət tərəfindən təmin edilir;

  • Korporativ telefon nömrəsi və danışıq paketi.

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. rEmail-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.