VAKANSİYA

28 Fevral

Kart Arxa Ofis Əməliyyatları üzrə Qrup Rəhbəri -VAKANSİYA

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-3 özəl bankları siyahısına daxildir. 30 dekabr 2020-ci il tarixinə olan göstəricilərə görə bankın kapitalı 559 milyon AZN-dən artıq, aktivlərinin səviyyəsinə görə isə 5,516 milyon AZN*-dən çox olmuşdur. Aparıcı banklardan biri olan PAŞA Bank davamlı və stabil inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir.

Fins.az xəbər verir ki, "PAŞA Bank" "Kart Arxa Ofis Əməliyyatları üzrə Qrup Rəhbəri" vakansiyası elan edir.

 

İşiniz nədən ibarətdir?

  • Qrup üzrə bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsinə nəzarət edilməsi;
  • Qrup daxili prosedurların yaradılması, təkmilləşdirilməsi və əməliyyatların proseslərə əsasən icrasına nəzarət;
  • Kart və Ekvayrinq sistemlərin sazalanması üzrə administrasiya;
  • Yeni bank məhsullarının yaradılmasında məhsul sahiblərinin fəaliyyətinə dəstək vermək və kart sistemləri üzrə ekspertizanın təmin edilməsi;
  • Problemli kart əməliyyatlarının sistemlər və baza üzrə araşdırılması, çətinliklərin aradan qaldırılması və əməliyyatların standartlara əsasən emalı;
  • İdarəsində olan sistemlərin müxtəlif bank məhsullarında istifadəsi üzrə optimal texniki/arxitektur həllərin verilməsi;
  • Qrup daxili KPİ-ların təyin edilməsi, icrası üzrə nəzarət və qiymətləndirməsi;
  • Dövrü, rüblük və illik hesabatların hazırlanması (ödəniş sistemləri, mühasibatlıq, daxili hesabatlar), lazım olunan hallarda hesabatlığın nəticələrinə uyğun monitorinqlərin keçirilməsi;
  • Qrup daxili gündəlik əməliyyat işləri üzrə nəzarət;
  • Bütün daxili müştərilərin, o cümlədən Biznes Mərkəzlər, Müştəri Menecerləri, Biznes Bloklar və s. sorğuların cavablandırılmasına görə nəzarət;
  • Mütəmadi olaraq proseslərin analizi, optimizasiyası və idarə edilməsi, yaranan çətiniklərin aradan qaldırılması üçün müvafiq addımların yerinə yetirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Ali təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 4 il 
  • Xarici dillər: İngilis dili (orta), Rus dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office,  SQL
  • Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Ödəniş sistemləri sahəsində təcrübə
  • Bazar üzrə biliklər: Ödəniş sistemləri və kart biznesi üzrə biliklər
  • Başqa tələblər: hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

Ətraflı məlumat üçün linkə keçid edin