VAKANSİYA

28 Fevral

Kredit İnzibatçılığı üzrə Mütəxəssis -VAKANSİYA

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-3 özəl bankları siyahısına daxildir. 30 dekabr 2020-ci il tarixinə olan göstəricilərə görə bankın kapitalı 559 milyon AZN-dən artıq, aktivlərinin səviyyəsinə görə isə 5,516 milyon AZN*-dən çox olmuşdur. Aparıcı banklardan biri olan PAŞA Bank davamlı və stabil inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. 

Fins.az xəbər verir ki, "PAŞA Bank" "Kredit İnzibatçılığı üzrə Mütəxəssis" vakansiyası elan edir.

İşiniz nədən ibarətdir?

  • Çek List üzrə MM-dən bütün zəruri sənədlərin toplanması;
  • Müqavilələrin tərtib edilməsi;
  • ABS-də kredit şərtlərinin yığılması;
  • Girovlarin ABS-də qeydiyyatinin aparilmasi;
  • Notariat və qeydiyyat işlərinin icra edilməsi;
  • Audit və hüquq departamentlərinə keyslərin ötürülməsi;
  • Gündəlik kreditlər üzrə əməliyyatların aparılması;
  • Maliyyə arayışlarının hazırlanması;
  • Kredit fayllarının hazırlanması (şərtlər və girovlar daxil olmaqla);
  • Məlumatın dəqiqliyinin yoxlanılması (həm elektron, həm də kağız daşıyıcıda);
  • Müştəri şərtlərinin və müntəzəm kredit ödənişlərinin monitorinq edilməsi;
  • Əməliyyatlarla bağlı sənədlərin saxlanması və lazımi məlumatın elektron məlumat bazasına daxil edilməsi;
  • Bankın kredit əməliyyatlarının effektiv icrasına dəstək göstərilməsi;
  • Müvafiq daxili və xarici qayda və proseslərə uyğun olaraq işlərin icra edilməsi;
  • Hər hansı kreditlə əlaqəli istənilən növ suallarin cavablandırılması;
  • Bəzi kredit məsələləri, zəruri girov sənədləri ilə bağlı izahatlar vermək üçün müştərilərlə ünsiyyətin qurulması, bütün bunların yoxlanılması və notarial qaydada rəsmiləşdirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: kredit inzibatçılığı üzrə minimum 1 il 
  • Xarici dillər: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta), Rus dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word, PowerPoint)
  • Məhsul üzrə biliklər: AİF ipoteka kreditləşmə prosesi. Müvafiq daxili siyasət və prosedurlar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
  • Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı

Ətraflı məlumat üçün linkə keçid edin