VAKANSİYA

27 Fevral

Proqram təminatı üzrə mühəndis (Backend Developer) - VAKANSİYA

Kontakt Home proqram təminatı üzrə mühəndis (Backend Developer) vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Yeni proqram təminatı və modulların yazılması;

  • Kodlaşdırma zamanı qəbul edilmiş prinsip və standartların (Best Practices) nəzərə alınması;

  • Proses zamanı qarşıya çıxan problemlərin analizi və aradan qaldırılması;

  • Yazılmış hər bir modul və ya həllin müvafiq testlərlə dəstəklənməsi;

  • Sənədləşdirmə və mövcud sənədləşdirmənin təkmilləşdirilməsi;

  • Proqram təminatının daha sonrakı mərhələlərdə dəstəklənməsi.

Tələblər:

  • OOP və Design Pattern-lərlə nəzəri və praktiki biliklər;

  • ASP.NET CORE(.NET 5+), RESTful API’s, ORM’s(EF Core, Dapper);

  • SQL və SQL SERVER RDBMS-lə praktiki təcrübə;

  • Git SCM -lə işləmə bacarığı;

  • Unit və inteqrasiya testləri yazmaq bacarığı;

  • Minimum texniki səviyyədə ingilis dili biliyi. 

İş şəraiti:

  • İş günləri: I-V günlər;

  • İş saatı: 09:00-18:00;

  • Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

link