VAKANSİYA

27 Fevral

Məsafədən Satış üzrə Assistent - VAKANSİYA

Pasha Bank Məsafədən Satış üzrə Assistent vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

İşiniz nədən ibarətdir?

  • Bankın üstünlük verdiyi fərdi bank məhsullarının ("MilesSmiles" kart məhsulu, "daxili ipoteka" krediti, "istehlak" krediti və s.) satışına dəstək verilməsi;

  • Fərdi bank məhsullarının müştəri məlumatları əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi;

  • Fərdi bank məhsulları üzrə sənədləşmənin icra eedilməsi, sənədlərin arxivləşdirilməsinin həyata keçirilməsi;

  • Satışı həyata keçirilmiş sənəd paketinin doğruluğunun mütəmadi olaraq yoxlanması və nəzarətdə saxlanması;

  • Müştərilərə birbaşa bank məhsulları ilə bağlı məlumatların çatdırılması, lazımi sənədlərin alınması və sənədlərin imzalanmasına nəzarət olunması;

  • Müştərilərə birbaşa, telefon, e-poçt və digər elektron vasitələrlə müvafiq məlumatların düzgün çatdırılması (məhsul şərtlərindəki yeniliklər, kampaniyalar və s.);

  • Yönləndirilən müştərilərin cari statusu ilə bağlı aidiyyəti strukturlarla təqibin aparılması;

  • Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;

  • Məhsul və xidmətlərlə bağlı cavablandırılan sorğuları aidiyyəti üzrə istiqamətləndirmək və təqibinin aparılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat sahəsi üzrə ali təhsil;

  • Tələb olunan iş təcrübəsi: Bank və Sığorta sahəsində telesatış istiqaməti üzrə təcrübəsi olanlara üstünlük verilir;

  • Xarici dillər: İngilis, Rus;

  • Kompüter bilikləri: Microsoft Office.

  • link