VAKANSİYA

23 Fevral

İctimaiyyətlə əlaqələr şöbəsinin assistenti - VAKANSİYA

Dövlət qurumu ictimaiyyətlə əlaqələr şöbəsinin assistenti üzrə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Öhdəliklər:

  • Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; 
  • Beynəlxalq və yerli tədbirləri təşkil etmək;
  • Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
  • Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
  • Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
  • Mətbuatın gündəlik izlənilməsi;
  • Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;
  • PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması.

Tələblər: 

  • AR vətəndaşlığı; 
  • 24-32 yaş; 
  • Minimal iş təcrübəsi – 1-3 il; 
  • Hərbi mükəlləfiyyət ; (Bəy namizədlər üçün mütləq tələb)
  • Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Ali təhsil; 
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 
  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
  • Kollektivdə çalışmaq qabiliyyəti.

Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 1400 AZN

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “İctimaiyyətlə əlaqələr şöbəsi, assistent” yazaraq göndərə bilərlər.

Əlaqə: [email protected]