VAKANSİYA

14 Fevral

Geodeziya mühəndisi - VAKANSİYA

"ND Company" şirkəti geodeziya mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Struktur vahidinin adı: Tikinti layihəsi

Yerinə yetirəcəyi işlər:

Topoqrafik xəritələrin və planların müxtəlif metodlarla yaradılması üçün fəaliyyət göstərmək;
Aparılan ölçmələrin nəticəsində əldə olunan məlumatların emal və nəticələrini tətbiq etmək;
Müasir elektron hesablama texnikasından istifadə edərək texniki-iqtisadi hesablamaları aparmaq;
Təlimat və normalarla tənzimlənən topoqrafik işləri yerinə yetirmək;
Texniki tapşırıqlara, qüvvədə olan standartlara və normativ texniki sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi ilə çətin olmayan layihələrin və sadə sxemlərin hazırlanmasında iştirak etmək;
Texnoloji avadanlıqların ölçmə dəqiqliyinin müəyyən olunmuş normalara uyğunluğunu yoxlamaq, xüsusi ölçmələrin aparılmasını təmin etmək;
Topoqrafik-geodezi alət və cihazlara olan tələbatın müəyyənləşdirilməsində və sifarişlərin tərtib olunmasında iştirak etmək;
Ölçmə vasitələrinin və aparılan ölçmələrin həcmləri barədə operativ qeydlər apamaq;
Plan və hesabat sənədləşdirilməsi üçün texniki işlərin yerinə yetirilməsini təmin etmək;
Topoqrafiya və geodeziya sahəsidə görülmüş işlərə dair hesabatlarının tərtib olunması üçün zəruri məlumat bazasının  hazırlamaq və sistemləşdirmək;
Topoqrafik işlərin aparılmasını tənzimləyən normativ-texniki sənədlərin tələblərinin gözlənilməsini və rəhbərlik və sifarişçi tərəfindən nəzarətin aparılmasını təmin etmək;
Bina və qurğuların, layihələrə uyğun dəqiq nişanlanmasını, bölünmə əməliyyatlarının görülməsini və inşa olunmasını təmin etmək məqsədi ilə, kompleks geodeziya işlərini yerinə yetirmək;
Geodeziya işlərinin təhvil-təslimini həyata keçirmək;
Geodeziya ölçmə işlərinin nəticələrinin riyazi hesablanması və layihəninn verilmiş planına uyğun kodlaşdırma işinin doğruluğnda məsuliyyət daşıyır;
Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən etmək;
Nivelirdən teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən etmək;
Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə almaq;
Topoqrafik hesabatları və cizgiləri hazırlanmaq və Həftəlik və aylıq həcm hesabatları hazırlanmaq;
Topoqrafik ölçmə işlərinin inşaat sahəsinin iş proqramına uyğun olaraq həyata keçirilməsini və nəzarətini təmin etmək;
Məlumatların AutoCad Civil 3D proqramında emal etmək.

Tələblər:

Mühəndis-tədqiqat işlərinin topoqrafik təminatı sahəsində normativ, metodiki və tənzimləyici sənədləri.
Geodeziya işlərinin aparılması sahəsində texniki reqlamentləri, standartları və normativ-texniki sənədlərin tələblərini.   
Geodeziya ölçmələri aparan texniki vasitələrin istismarına, təmirinə, yoxlanılmasına və saxlanmasına dair normatıv-texniki sənədləri.
Ölçmə vasitələrinin Texniki xüsusiyətlərini, konstruktiv özəlliklərini, təyinatını və tətbiq etmə prinsiplərini və onların təmir texnologiyasını    
Texniki sənədləşdirməni tərtib edilmə qaydalarını.
Topoqrafık-geodeziya materialların qeyd olunma və saxlama qaydalarını;
Total station və Nivelir avadanlığı ilə işləmək bacarığı;
Ölçmənin dəqiqlik həddini şərh edən standartlar fondunu və başqa sənədlərə tətbiq olunması texniki sənədlərin nizama salınması, tərtibi qaydalarını bilmək;
Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və texnologiya və başqa uyğun ixtisaslar)
Müvafiq sahə üzrə minumum 5 il iş təcrübəsi
Azərbaycan dili (əla),  inigilis və rus dilləri arzuolunandır.
Microsoft Office (yaxşı), AutoCad.

İş şəraiti:

İş rejimi: 6 günlük, 
Əmək haqqı: müsahibə nəticəsində müəyyən olunacaq.
İşçi nahar, telefon danışığı təmin edilir.

Müraciət üçün: [email protected]