"Shahbulag Mining" şirkəti elektrik vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;
Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilmək;
Elektrik sxemlərini oxumaq bacarığı;
Elektrik xəttlərinin çəkilişi zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
Sxemlərə uyğun elektrik şəbəkələrinin montajının aparılması;
Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin təcrübədən keçməsi metodlarına bələd olmaq;
Yüksək tezlikli qurğuların iş prinsiplərini bilmək;
Aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparılması.
Namizədə dair tələblər:
Elektrik üzrə müvafiq təhsil və sertifikatlar;
Elektrik peşə vəsiqəsinin olması mütləqdir;
Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsinin olması;
Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik);
Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
İş barədə məlumat:
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti;
İş rejimi – Beş günlük; (istirahət vaxtı – şənbə və bazar günü)
Nahar – Şirkət tərəfindən təmin edilir;
İş yeri: Ağdam şəhəri, Şahbulag kəndi
Əməkhaqqı: 800-900 AZN
Müraciət üçün: [email protected]