VAKANSİYA

12 Fevral

Biznes Kreditlərinin Təhlili Şöbəsinin baş mütəxəssisi - VAKANSİYA

1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fins.az xəbər verir ki, "Rabitəbank" "Biznes Kreditlərinin Təhlili Şöbəsinin baş mütəxəssisi eksperti" vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
  • Kreditin və risklərin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin satış strukturlarından almaq;
  • Təqdim edilmiş maliyyə hesabatlatlarının düzgünlüyünü yoxlamaq;
  • Mərkəzi Bankın və bankdaxili qaydalardan irəli gələn prosedur və normaların pozulmasına yol verməmək;
  • Struktur rəhbər(lər)i tərəfindən qarşısına qoyulmuş, vəzifə təlimatından irəli gələn və digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
  • Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş biznes kredit layihələrinin təhlili zamanı aşkarlanan nöqsan və çatışmazlıqlar barədə struktur rəhbər(lər)ini yazılı və ya şifahi məlumatlandırmaq.

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Maliyyə hesabatlarını (balans, mənfəət-zərər, nağd pulun hərəkəti) mükəmməl şəkildə bilmək;
  • “ACCA F3/F7” və ya “CFA 1 level” sertifikasiyalarına sahib olması arzuolunandır;
  • Biznes prosesləri və riskləri görmə bacarığı;
  • Sahə üzrə ən azı 5 illik iş təcrübəsi;
  • Analitik düşüncə, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Yüksək təhliletmə, komandada işləmək bacarığı;
  • Yüksək kommunikasıya və təqdim etmə bacarığı;
  • Operativ və obyektiv qərar vermək bacarığı;
  • Stress altında işləmək, parallel olaraq bir neçə layihənin təhlilini həyata keçirmək bacarığı;
  • Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.

 

Müraciət üçün linkə keçid edin