VAKANSİYA

07 Fevral

Dövlət qurumu 2000 manatdan çox əməkhaqqı ilə VAKANSİYA elan edir

Dövlət qurumu "Bərpa departamentinin müdir müavini" vəzifəsinə vakansiya elan edir.

Fins.az vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

- Bərpa və yenidənqurma işləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmək;

- Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət etmək;

- Tikinti və yenidənqurma işləri üzrə illik və perspektiv planlarının işlənib hazırlanmasında iştirak etmək;

- Obyektlərin tikintisinə texniki nəzarəti, bütün göstəriş və tövsiyələrin vaxtı-vaxtında yerinə yetirilməsini yoxlamaq;

- Layihələndirmə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsini nəzarətdə saxlamaq, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu yoxlamaq;

- Tabeliyində olan digər struktur bölmələrin fəaliyyətini koordinasiya etmək.

Namizədə dair tələblər:

- Sahə üzrə minimum 6 il iş təcrübəsi;

- İnşaat mühəndisliyi ixtisası üzrə tam ali təhsil (bakalavr və magistr).

Əmək şəraiti:

- İş rejimi: 5 gün;

Əməkhaqqı: 2350 AZN (net) və ildə 3 dəfə mükafat. 

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına ([email protected]) göndərmələri xahiş olunur.