VAKANSİYA

07 Fevral

Kiçik mühasib - Vakansiya

UNIVERSAL Şirkətlər Qrupu Qafqaz regionunda aparıcı layihə əsaslı həll təminatçılarından biridir. 1998-ci ildən biz regionun tikinti və neft-qaz sahəsində etibarlı təchizatçılarıyıq. Biz hər cür layihələri təmin etmək və həyata keçirmək üçün uzunmüddətli tərəfdaşlıq qururuq və müxtəlif sahələrdə daim inkişaf edərək zamanla ayaqlaşmağa çalışırıq. UNIVERSAL Şirkətlər Qrupu 4 əsas təşkilatdan ibarətdir: Universal PRO MMC, Leading Supply Solutions MMC, AZLIFT MMC, A-Z GLOBAL MMC. Bu şirkətlərin hər biri Azərbaycan bazarında Korporativ və Topdansatış kateqoriyalarının əsas oyunçularından biridir və Türkiyə, Gürcüstan, BƏƏ və Özbəkistanda ofisləri var. 

Fins.az xəbər verir ki, "UNIVERSAL Şirkətlər Qrupu" "Kiçik mühasib" vakansiyası elan edir 

Namizədə tələblər:

  • Universiteti bitirmiş və ya 4-cü kurs tələbələri.

  • 21-27 yaş aralığı.

  • Əla səviyyədə Azərbaycan dili və Rus dili biliyi.

  • 1C proqramından istifadə bacarığı.

  • MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)

  • Məsuliyyətli və işində dəqiq.

  • Təhlil və analiz etmə qabiliyyəti.

  • Kollektivdə işləmə bacarığı olan.

  • Analitik yanaşma qabiliyyəti.

İş barədə məlumat:

  • Sənədləşmə işlərini görə biləcək

  • Xarici partnyorlarla yazışmalar

  • Daxili hesabatların aparılması

  • Gömrük və idxal məsələləri

  • Hesabatların hazırlanması və baş mühasibə təqdim edilməsi

İş qrafiki:

  • 5 günlük iş qrafiki (09:00-dan - 18:00-dək)

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

  • Ünvan: Bakı şəhəri 

Göstərilən tələblərə cavab verən namizədlər öz ya CV formasını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Kiçik mühasib” yazaraq göndərə bilərlər.