VAKANSİYA

07 Fevral

Baş Mühasib - VAKANSİYA

“Sahil-N Construction” MMC olaraq, müştərilərimiz üçün daim  geniş şəbəkə yaradır, onlara yeni məkanlar və geniş əlçatan imkanlar təqdim edirik. Müştərilərimizə fayda verə biləcək ən yaxşı və ən yeni texnologiyaların daim araşdırılması və mənimsənilməsini həyata keçiririk. Komandamız hər addımda sizin yanınızdadır və daim yenilikçi, məsuliyyətlidir. Və bu meyarları nəzərə alaraq rəqiblərimizi hər zaman üstələyirik.

Fins.az xəbər verir ki, “Sahil-N Construction” MMC "Baş Mühasib" vakansiyası elan edir

Vəzifə öhdəlikləri:

  • Mühasibat bölmələrinin fəaliyyətində rəhbərlik edir;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun siyasətini, prosedurlarını və qaydalarını hazırlayır;
  • Mühasibat şöbəsinin əməkdaşları arasında vəzifə bölgüsü aparır;
  • Mühasibat bölmələri tərəfindən vəzifə və tapşırıqlarının yerinə yetirilməsi üçün bütün struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurur;
  • Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə təşkil və nəzarət edir;
  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
  • Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında hərəkətinin düzgünlüyünün yoxlayır;
  • Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
  • Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
  • Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
  • Ayın bağlanmasını həyata keçirir;
  • Biznes planlarının və büdcələrin tərtibatı üçün materialların hazırlanmasına nəzarət edir;
  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmalarını hesablayır və ödənilməsini icra edir;
  • Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərini hesablayır və ödənişini həyata keçirilməsinə nəzarət edir;
  • DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edir;
  • Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır;
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
  • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir;
  • Anbardarlara dəstək;
  • İstehsala nəzarət;
  • Daxili bazar satışlara nəzarət;
  • İdxal əməliyyatlarının icrasına nəzarət;
  • E-qaimələrin yazılmasına nəzarət;
  • İdxal xərclərinin uçotu;
  • Daxili və xarici daşınmaların uçotu;

Tələblər:

  • Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə təhsil)
  • Minimum 5 il baş mühasib vəzifəsi üzrə təcrübə.
  • Bacarıq və səriştələr  Nizam-intizamlı;
  • Kommunikasiyalı;
  • Komandada işləmək bacarığı;
  • Bilməlidir:

  • Mühasibatlıq və uçot
  • Əmək Məcəlləsi, Vergi məcəlləsi
  • 1C üzrə işləmək yüksək səviyyədə;
  • Excel biliyi yüksək səviyyədə;
  • Rus və ingilis dili biliyi üstünlükdür.
  • Əmək haqqının hesablanması
  • İşçilərin işə qəbulu

Təminatlar:

  • Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.
  • İş qrafiki: Həftə içi  5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar)
  • Telefon limiti
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır

Müraciət üçün: [email protected]