VTB Bank Korporativ kreditləri üzrə anderrayter vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı vəzifələri və tələbləri təqdim olunub.
Tələblər:
- Bank, investisiya şirkəti, reytinq agentliyi və ya digər maliyyə institutlarında analitik kimi iş təcrübəsi;
- CASH FLOW, PL, borc portfelinin təhlili, biznes planı, kredit girovu üzrə biliklər;
- Əməliyyatları müstəqil şəkildə strukturlaşdırmaq, aparılan təhlillər əsasında proqnozlar və tövsiyələr vermək, təhlilin nəticələrini yazılı şəkildə səriştəli təqdim etmək bacarığı;
- Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ aktlarına bələd olma;
- ACCA peşə ixtisaslaşması üzrə baza sertifikatları arzuolunandır;
- Rus dilində səlis danışmaq (ingilis dili arzuolunandır);
- Məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.
Vəzifələri:
- Korporativ müştərilərin ödəniş qabiliyyətinin qiymətləndirilməsinin aparılması;
- Müvafiq kredit komitəsində qərarların qəbul edilməsi məqsədilə, kredit sazişlərinin strukturlaşdırılması və müvafiq rəylərinin hazırlanması
- korporativ müştərilərinin kredit dosyelərinin formalaşdırılması və aparılması.
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir hr@vtb.az ).