VAKANSİYA

18 Sentyabr

\"Turan Bank\" ASC VAKANSİYA elan edir

"Turan Bank" ASC Şübhəli əməliyyatlarla iş bölməsinin mütəxəssisi / böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, şirkətin vakansiya ilə bağlı öhdəliklər və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın istənilən formada çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə cəlb olunmasının qarşısının alınması;
  • Bankın struktur bölmələrindən daxil olan və həmçinin avtomatlaşdırılmış indikatorlar vasitəsi ilə şübhəli və qeyri-adi halların araşdırılması;
  • Şübhəli və qeyri-adi əməliyyatların nəticəsi barədə hesabatın hazırlanması;
  • Filial və Biznes Mərkəzlərindən daxil olan PL/TMM ilə əlaqəli sorğuların cavablandırılması;
  • Müvafiq proqram təminatı üzrə texniki tapşırıqların verilməsi, yeni ssenarilərin yazılması;
  • PL/TMM ilə əlaqəli banka daxil olan məktubların və müraciətlərin cavablandırılması;
  • Bankdaxili ümumi proses və daxili qaydaların PL/TMM baxımından dəyərləndirilməsi;
  • Bankda mövcud məhsulların və yeni məhsulların PL/TMM baxımından dəyərləndirilməsi;

Namizədə qarşı tələblər:

  • Təhsil: İqtisadiyyat, Hüquq sahəsində və ya digər uyğun sahədə ali təhsil;
  • İş təcrübəsi: Çirkli Pulların Yuyulmasına qarşı mübarizə sahəsində minimum 6 ay;
  • Xarici dillər: İngilis dili və Rus dili ;
  • Kompüter bilikləri: Microsoft Office , əsasən MS Excel
  • Digər: Azərbaycan Respublikasının Hüquqi Aktlarından və ümumi yerli Qanunvericilik tələblərindən məlumatlı olmaq;
  • CAMS sertifikatı olması arzuolunandır.
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

Anketlərinizi [email protected]  e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi mail adresinə göndərərkən Mövzu hissəsinə “Komplayens şöbəsində Şübhəli əməliyyatlarla iş bölməsi” yazmağı unutmayın.