“Bank Respublika” ASC PL/TMM şöbəsinin (Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə) mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Ümumi vəzifə öhdəlikləri:
- PL/TMM proqram təminatında müştərilərin bank əməliyyatlarının gündəlik əsasda monitorinq olunması, qeyri-adi, şübhəli maliyyə əməliyyatlarının aşkar edilməsi və araşdırılması;
- PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda araşdırılması və bankdaxili qaydalarla uyğunluğunun yoxlanılması;
- Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili qaydalara uyğunluğunun araşdırılması və cavablandırılması;
- Müştərilərin bank əməliyyatları haqqında şöbəyə daxil olan sorğularının cavablandırılması;
- PL/TMM şöbənin fəaliyyətinə aid sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
- PL/TMM sahəsi üzrə biznes proseslərin inkişaf etdirilməsi və bankdaxili layihələrdə iştirak edilməsi;
- Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif analitik hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi (Əməliyyat sahəsində iş təcrübəsinin olması arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
- Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
- Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
- Araşdırma və təhlil üçün lazım olan məlumatları toplama bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və novatorluq;
- PL/TMM sahəsi ilə əlaqəli yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 avqust 2023-cü il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.