VAKANSİYA

18 İyul

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC PL/TMM şöbəsinin (Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə) kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Müştəri hesablarının açılması zamanı Müştərini Tanı (KYC) prosedurlarının düzgün aparılmasına nəzarət edilməsi;
  • PL/TMM proqram təminatında müştəri profilinin yoxlanılması (skrininq), uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
  • Müştəri profili və bank əməliyyatlarının monitorinqi nəticəsində qeyri-adi və şübhəli əməliyyatların aşkarlanması, araşdırılması və analitik təhlil hesabatlarının hazırlanması;
  • Bankın Müştərini Tanı (KYC) məlumatlarının elektron platformalarda yenilənməsi, aktuallığına nəzarət edilməsi;
  • Müştərilərin bank əməliyyatları haqqında şöbəyə daxil olan sorğularının cavablandırılması;
  • Müxbir banklardan beynəlxalq ödənişlərə aid ingilis dillində daxil olan sorğuların cavablandırılması;
  • PL/TMM şöbənin fəaliyyətinə aid sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
  • Filial, şöbə və bankın digər struktur bölmələrdən PL/TMM şöbəsinə daxil olan sorğuların cavablandırılması;
  • Şöbənin fəaliyyətinə dair təhlil hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: Microsoft Office (Excel);
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər arzuolunandır;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və analitik düşünmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Təşəbbüskarlıq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 avqust 2023-ci il tarixinədək email-in mövzu hissəsində PL/TMM şöbəsinin kiçik mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.