VAKANSİYA

17 İyul

Kontakt Home VAKANSİYA elan edir

"Kontakt Home" satış nümayəndəsi (Promoter) vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Vəzifə öhdəlikləri:

Mağazada masa, stend kimi nümayiş sahəsinin qurulması və səliqəli saxlanması;
Mağazaya daxil olan müştərilərin tələbatının aşkarlanması və tələbata uyğun olaraq müştəriyə düzgün məhsul seçimi etməkdə köməkliyin göstərilməsi;
Qiymət kağızlarında qeyd olunan məlumatların doğruluğunun təmin edilməsi;
Satış və anbar qalığına nəzarət edilməsi;
Zəruri hallarda məhsul və ya xidmət barədə məlumatı paylaşmaq üçün videolar və slayd şouları kimi interaktiv materiallardan istifadə edilməsi;
Müştərilərin maraq səviyyələrini, verilən sualları, satılan və müxtəlif tədbirlərdə paylanan məhsulların sayını əks etdirən hesabatların hazırlanması;
Məhsul və ya xidmət xüsusiyyətlərindən xəbərdar olması.

Tələblər:

Orta təhsil, ali təhsil arzu olunandır;
Səlis azərbaycan dili və rus dili biliyi;
Promoter olaraq iş təcrübəsi;
Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
Satış etmə bacarığı.
İş şəraiti:
İş qrafiki: I-VI günlər;
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.