VAKANSİYA

14 İyul

“Bank Respublika” ASC VAKANSİYA elan edir

“Bank Respublika” ASC Partnyorlarla iş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
  • Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
  • Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
  • Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi, lazımi dəstəyin göstərilməsi, satışın artırılması və işlərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Partnyorlar tərəfindən müraciətlərin qəbulu və icrası üzrə aidiyyəti departamentlərlə işin qurulması;
  • Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Cəlbetmə və satış bacarığı;
  • Məsuliyyətlilik, operativlik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 iyul 2023-cü il tarixinədək emailin mövzu hissəsində Partnyorlarla iş üzrə mütəxəssis qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.