“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinin Proqram təminatları şöbəsinə mütəxəssis (DevOps engineer) vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.
Ümumi vəzifə öhdəlikləri:
- Linux əməliyyat sistemlərində/Virtuallaşdırma sistemlərində cıxan çətinliklərin qısa müddətdə aradan qaldırılması;
- Monitoring sistemləri ilə işləmək bacarığı;
- Continuous Integration və Continuous Delivery metodologiyalarını tətbiq etmək;
- Yüksək yüklənmiş sistemlərin idarə edilməsi və dayanıqlılığını təmin etmək;
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək;
- CI/CD yazılması və optimallaşdırılması;
- Avtomatlaşdırma scriptlərinin yazılması və tətbiqi.
Namizədə qarşı tələblər:
- Texniki biliklər:
- Linux: CentOS, Ubuntu, Alpine;
- WebServer: Apache+php, Nginx, Tomcat;
- Devops tools: Docker, K8s/Nomad, git, Gitlab CI/CD, Ansible;
- Monitoring tools: Nagios, Prometheus/Grafana;
- DB and cache, MQ: postresql, mongo, redis, memcache, rabbitmq;
- Scripting: Bash, Python;
- Virtualization: Vmware, Virtualbox;
- Analitik düşünmə bacarığı;
- Agile metodologiyası barədə məlumatlı olmaq;
- Sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 iyul 2023-cü il tarixinədək email-in mövzu hissəsində Proqram təminatı şöbəsinə mütəxəssis (DevOps engineer) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə namizədliyinizə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.