VAKANSİYA

06 İyul

Kapital Bank VAKANSİYA elan edir

Kapital Bank risklərin idarə edilməsi departamentinin bazar riskləri və risk hesabatlığı şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az-ın məlumatına görə, mağazalar şəbəkəsinin vakansiya ilə bağlı vəzifə öhdəlikləri və tələbləri təqdim olunub.

Öhdəliklər:

Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
Bankın yeni yerləşdirmələrinin bankdaxili qiymətli kağızlara investisiya siyasəti və prosedurlara, risk limitlərinə, habelə requlyativ norma və limitlərə uyğun aparılmasına nəzarətin həyata keçirilməsi;
Riskə məruz dəyər, durasiya, həssaslıq təhlili kimi alətlər ilə bazar riskinin ölçülməsi; 
Bazar riskləri üzrə təhlillərin aparılması və hesabatların hazırlanması.

Tələblər:

Ali təhsil (İqtisadiyyat və Maliyyə sahəsində olmasına üstünlük verilir);
Sahə üzrə ən azı 2-3 illik iş təcrübəsi;
Bloomberg platformasında işləmək bacarıqları;
SQL və Python-da proqramlaşdırma təcrübəsinin olması üstünlükdür;
Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlər. (FRM və CFA arzuolunandır);
Əla səviyyədə Azərbaycan dili, ingilis dili biliyi, orta səviyyədə rus dili biliyi;
Mükəmməl səviyyədə praktiki Excel bacarıqları;
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək müraciət edə bilərsiniz.